Ataməli Musaoğlu — Vikipediya

Ataməli Musaoğlu
Ataməli Seyidməmməd oğlu Musaoğlu
Şəxsi məlumatlar
Doğum adı Ataməli Musayev
Doğum tarixi 5 mart 1995(1995-03-05)
Doğum yeri
Vəfat tarixi 16 oktyabr 2020(2020-10-16) (25 yaşında)
Vəfat yeri
Dəfn yeri Lökbatan Şəhidlər Xiyabanı
Vətəndaşlığı
Atası Seyidməmməd Musayev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2020
Rütbəsi Baş kəşfiyyatçı
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Ataməli Seyidməmməd oğlu Musaoğlu və ya Musayev (5 mart 1995, Lökbatan16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tabeliyindəki Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ataməli Seyidməmməd oğlu Musaoğlu əslən Neftçaladan olsa da Lökbatan qəsəbəsində doğulub. Neftçi Qurban adına 288 sayılı tam orta məktəbdə təhsilini almışdır. BDU məzunu olub. Xəzər universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərirdi və çox uğurla karyerasını yüksəldirdi. 2 yaşında Gül adlı qızı var. Evin tək oğlu idi. Səfərbərlik zamanı işini, qızını arxada qoyub könüllü cəbhəyə yollanmışdı. Suqovuşana bayraq sancanlardan olub. Yaralı dostunu xilas edərkən düşmən tərəfindən ürəyindən nişan alınıb və atasının ad günündə 16 oktyabr tarixində Ağdərə rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Silahlı Qüvvələrinin Baş Kəşfiyyatçısı olan Ataməli Musaoğlu 2020-ci il oktyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ataməli Musaoğlu oktyabrın 16-də Ağdərə döyüşləri zamanı şəhid olub. Lökbatan rayonunda şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ataməli Musaoğlu “Vətən Uğrunda”, 29 dekabr 2020 tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalı ilə təltif edilib.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  2. President.az. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.