Arif Qeybiyev — Vikipediya

Arif Qeybiyev
Şəxsi məlumatlar
Doğum adı Arif İsmayıl oğlu Qeybiyev
Doğum tarixi 6 iyun 1997(1997-06-06)
Doğum yeri
Vəfat tarixi 27 sentyabr 2020(2020-09-27) (23 yaşında)
Vəfat yeri
Vəfat səbəbi şəhid
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı İranə Qeybiyeva
Uşağı Gülnur Qeybiyeva
Atası İsmayıl Abidinov
Anası Rəna Qeybiyeva
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016–2020
Rütbəsi Əsgər
Vəzifəsi Tankçı
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Arif İsmayıl oğlu Qeybiyev (6 iyun 1997, Səncərədi, Astara rayonu27 sentyabr 2020, Füzuli rayonu) — Kros qaçışı üzrə üçqat Azərbaycan Çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Arif Qeybiyev 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə E. Ağayev adına Səncərədi kənd tam orta məktəbinə daxil olmuşdur. 2012–2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Ailəli idi, Gülnur adında 1 qız övladı yadigar qaldı.

Karyerası[redaktə | mənbəni redaktə et]

Arif Qeybiyev məşəl yürüşündə

Arif Qeybiyev orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa atletika üzrə 50-dən çox diplomu var, onlardan 30-u birincilik üzrədir. 2015 Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak etmişdir.[3][4][5][6][7][8][9][10]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Arif Qeybiyev 2016-cı ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk xidmət yeri Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirmişdir. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 3 dəfə sənəd verib, lakin qəbul olmayıb. Ancaq 4-cü dəfə sənəd verərkən istəyinə nail olmuşdur. 2018-ci ilin oktyabr ayında hərbi kursa çağırıldı. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq tankçı kimi xidmət etməyə başlamışdır. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilir və şəhadətinə qədər xidmətini orada davam etdirir.

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Mirrahil Teymurlu və Arif Qeybiyev (sağda)

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Füzulinin azad edilməsində Arif Qeybiyevin dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşür və Arif öz tankından düşüb 100–200 metr aralıda olan dostunun tankına çatıb dostunu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlir və şəhid olur.[11] Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub.[2][12][13][14][15][16][17][18][19]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İrsi və xatirəsi[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Astarada kross qaçışı üzrə Azərbaycan çempionatında qalib adını qazanmış idmançılarla görüş keçirilmişdir". azertag.az (az.). Azertac. 16 oktyabr 2012. 2020-11-04 tarixində arxivləşdirilib.
  2. 1 2 "Şəhid idmançılarımız". www.mys.gov.az (az.). Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020.
  3. "ASTARA RAYON İCRA HAKİMİYYƏTİ>İdman". astara-ih.gov.az (az.). ASTARA RAYON İCRA HAKİMİYYƏTİ. 2020-10-31 tarixində arxivləşdirilib.
  4. "Baharın gəlişi cənub bölgəsində el şənlikləri ilə qeyd olunur VİDEO". azertag.az (az.). 2020-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2016.
  5. "Azərbaycan çempionatında astaralı atletlərin möhtəşəm qələbəsi". azsport.az (az.). 22 aprel 2014. 2020-11-05 tarixində arxivləşdirilib.
  6. "İsmayıllıda kross qaçışı üzrə respublika çempionatı keçirilib". azpress.az (az.). 11 oktyabr 2013.[ölü keçid]
  7. "Avropa Oyunlarının məşəli Lerik və Astarada – fotolar". axsam.az (az.). 1 may 2015. 1 August 2022 tarixində arxivləşdirilib.
  8. "Bir gün ərzində uca dağlardan dəniz sahilinə qədər sevinc yürüşü". azerisport.az (az.). 1 may 2015. 1 August 2022 tarixində arxivləşdirilib.
  9. ""Bakı-2015" Birinci Avropa Oyunlarının məşəli Astarada". astara-ih.gov.az (az.). ASTARA RAYON İCRA HAKİMİYYƏTİ. 1 may 2015. 18 July 2017 tarixində orijinalından arxivləşdirilib.
  10. "Avropa Oyunlarının məşəli Lerik və Astarada – Fotolar+ Video". beynelxalq.info (az.). 1 may 2015. 17 September 2023 tarixində arxivləşdirilib.
  11. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 08.12.2020. 2021-02-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.12.2020.
  12. "Azərbaycan çempionu olan idmançımız şəhidlik zirvəsinə yüksəldi". fanat.az (az.). 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  13. "Azərbaycan çempionu cəbhədə şəhidlik zirvəsinə yüksəldi – FOTO". sportinfo.az (az.). 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  14. "3 qat Azərbaycan çempionu şəhid oldu". sportal.az (az.). 2020-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  15. "İdmançımız, erməni aqressiyası nəticəsində Vətən uğrunda şəhid oldu". af-aze.org (az.). 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  16. "Azərbaycan çempionu şəhid oldu". qol.az (az.). 2020-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  17. "Azərbaycan çempionu olan idmançımız şəhidlik zirvəsinə yüksəldi". aqreqator.az (az.). 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  18. "Azərbaycanda ordusu 6 şəhid verdi". parla.az (az.). 2020-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  19. "Azərbaycan çempionu vətən uğrunda şəhid oldu – FOTO". sfera.az (az.). 2020-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  20. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  21. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  22. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  23. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  24. "10 Oktyabr 2021-ci il tarixində II Qarabağ müharibəsi Şəhidi Arif Qeybiyevin xatirəsinə hərs olunmuş atletika üzrə I Respublika yarışı keçirildi". 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  25. "Şəhid idmançı Arif Qeybiyevin xatirəsinə respublika turniri keçirilib". www.mys.gov.az (Gənclər və İdman Nazirliyinin rəsmi saytı). 11.10.2021. 2024-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11.10.2021.
  26. "Şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş yarış". 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  27. "Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şose qaçışı üzrə III ölkə çempionatı". 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  28. "TƏQVİM VƏ YARIŞLARDA İŞTİRAK ÜÇÜN NORMATİVLƏR". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.