Nicat İbişov — Vikipediya

Nicat İbişov
Nicat Vasif oğlu İbişov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mingəçevir, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Suqovuşan, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Mingəçevir Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021

Nicat Vasif oğlu İbişov (27 avqust 2000; Mingəçevir, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Nicat İbişov 2006–2017-ci illərdə Mingəçevir şəhər energetiklər qəsəbəsindəki 19 nömrəli orta məktəbdə təhsil alıb.[2]

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

Nicat İbişov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində sülhməramlı qoşununun mühafizə xidmətində qulluq edib. 2020-ci ilin aprel ayında xidmətdən tərxis olunub.[3][4]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat İbişov Talış Madagizin azad edilməsində savaşıb. 9 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb. 2020-ci ili oktyabr ayının 25-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.[5][6]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat İbişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nicat İbişov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat İbişov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Nicat İbişov". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  3. "2020-ci il Vətən Müharibəsinin Mingəçevir Şəhidləri". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  4. "VƏTƏNİN ÖLMƏZ FƏDAİLƏRİ". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  5. "Yenə Mingəçevir…Yenə Şəhidlər Xiyabanı…Nur üzlü Şəhidlərimiz…". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  6. "Mingəçevirdə şəhidin ad günü məzarı yanında qeyd olunub". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 29.12.2020. Archived from the original on 2020-12-29. İstifadə tarixi: 29.12.2020.
  9. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  10. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  11. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.