Turxan Allahverdiyev — Vikipediya

Turxan Allahverdiyev
Turxan Rəsul oğlu Allahverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İnəkboğan, Gədəbəy rayonu, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Şuşa, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri İnəkboğan, Gədəbəy rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Rəsul Allahverdiyev
Anası Könül Allahverdiyeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2014—2015/2019—2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Turxan Rəsul oğlu Allahverdiyev (5 aprel 1996, Gədəbəy rayonu12 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Turxan Allahverdiyev 5 aprel 1996-cı ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub.[1] 2002-ci ildə Gədəbəy rayonunun Niyaz İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbdə 1-ci sinifə daxil olub. 2013-cü ildə məktəbi bitirib.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Turxan 2014-cü ilin Aprel ayının 8-də Gədəbəy Rayon Hərbi komissarlığına çağırılıb. Hərbi xidmətini Milli Qvardiyada (XDMX — Xüsusi Dövlət Mühafizə Xidməti) göstərib. 2015-ci ilin oktyabr ayında tərxis olub. Turxan 2019-cu ilin iyul ayında MAXE (müddətdən artıq xidmət edən) hərbi qulluqçusu kimi xidmət edib. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. Turxan Allahverdiyev könüllü olaraq döyüş bölgəsinə yollanır. Şuşada gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirir. Qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlir. Turxan noyabr ayının 12-də doğulduğu Gədəbəy rayonunun İnəkboğan kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turxan Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Turxan Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Xəzər TV. "Şəhid Turxan Allahverdiyev anılıb" (az.). Youtube.com. 19.12.2023. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.