Surxay Noçuyev — Vikipediya

Surxay Noçuyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Şuşa, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2009—2020
Rütbəsi Kapitan
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Zəngilanın azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Vətən Müharibəsi Qəhrəmanı" medalı "Vətən uğrunda" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qubadlının azad olunmasına görə" medalı — 2020

Surxay Əbdül oğlu Noçuyev (19 dekabr 1988, Məmmədbəyli, Zəngilan rayonu9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.[1] 1995–2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-1) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-3) mexanikləşdirilmiş bölüyünün komandiri, qərargah bölüyünün komandiri, motoatıcı bölük komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini, motoatıcı taborun komandiri, mexanikləşdirilmiş taborun (BTR, SandCat) komandiri vəzifələrində xidmət edib.

"Kapitan" hərbi rütbəsinədək yüksəlib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, QubadlınınŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunub.

Sağlığında Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" medalları ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ona "Vətən Müharibəsi Qəhrəmanı" (ölümündən sonra), "Vətən uğrunda" medalı (ölümündən sonra), "Qubadlının azad olunmasına görə" (ölümündən sonra), "Füzulinin azad olunmasına görə" (ölümündən sonra), "Şuşanın azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İrsi və xatirəsi[redaktə | mənbəni redaktə et]

2021-ci ildə Zəngilan rayonu 1 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşir) Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyevin adı verilmişdir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  5. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.