Cahangir Qurbanov (əsgər) — Vikipediya

Cahangir Qurbanov
Şəxsi məlumatlar
Doğum tarixi 23 sentyabr 1994(1994-09-23)
Doğum yeri
Vəfat tarixi 27 sentyabr 2020(2020-09-27) (26 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı subay
Atası Məmməd Qurbanov
Anası Elminaz Qurbanov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016-2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Talış döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020

Cahangir Məmməd oğlu Qurbanov (23 sentyabr 1994, Borsunlu, Goranboy rayonu27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub.

Cahangir Qurbanov 2001-ci ildə Goranboy Rayon Borsunlu kənd T.Əliquluoğlu adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur.

2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Subay idi.

Atası – Məmməd Qurbanov.

Anası – Elminaz Qurbanova.

Qardaşları – Yunis Qurbanov, Samir Qurbanov.

Əmiləri – Raqif Qurbanov və Ələkbər Qurbanov I Qarabağ müharibəsində döyüşmüşlər.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2012-ci ildə müddətli hərbi xidmətə yollanıb.Gədəbəy rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir.2016-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Cahangir Qurbanov 2020-ci il Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış istiqamətində gedən döyüşlərdə savaşıb. Talış döyüşləri zamanı düşmənin iki postunun ələ keçirilməsində xidmətləri olmuşdur. Cahangir Qurbanov sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub.

Sentyabrın 29-da Goranboy Rayon Borsunlu kənd Qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.