Fərid Şamilov — Vikipediya

Fərid Şamilov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sumqayıt
Vəfat tarixi 09.11. 2020
Vəfat yeri Xocavənd rayonu Qırmızı bazar qəsəbəsi
Vəfat səbəbi minamyot atəşi
Dəfn yeri Sumqayıt şəhəri Şəhidlər xiyabanı
Dəfn tarixi 10.11.2020
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycan
Hərbi fəaliyyəti
Hərbi hissə Azərbaycan Respublikası Silahlı qüvvələrin əsgəri
Xidmət illəri 2017-2019
Rütbəsi Əsgər
Təltifləri

Şamilov Fərid Mirzə oğlu 04.05.1999 ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlib. Hələ uşaqlıqdan yaşıdlarından seçilən Fərid hər kəsin sevimlisi və hər bir işdə fəal, dürüst, qocaq oğlan idi. Uşaqlıqdan vətəninə, torpağını bağlı idi. 2005–2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alıb. Fərid bütün müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. 2013-cü ildən bu günə qədər atası Mirzə və nənəsi Tamara xanım Fəridi və Fuadı böyüdüb, təlim-tərbiyələri ilə məşğul olublar. Fərid Tamara nənəyə hər zaman deyirmiş: "Nənə gedib Şuşanı alacam, sənidə aparacam…"

Fərid Şamilov 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə gedib. Füzuli Haramı düzündəki hərbi hissədə ön xətdə xidmət edib. 2019-cu ildə yanvarın 9-da hərbi xidmətdən qayıdıb.

"Səba" Şirkətlər Qrupunda mühafizə xidmətində əmək fəaliyyətinə başlayıb. Səfərbərlik elan olunanda o "Vətən dardadır" deyərək, öz ərizəsi ilə işdən çıxıb. 2020-ci il noyabrın 8-dən 9-na keçən gecə Fərid Şamilovun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindəs on döyüşü olub. Ağır döyüşdə minamyot atəşi Fəridi yaralayıb, köməyinə çatmaq istəyən döyüş yoldaşı Famil Məmmədov düşmən gülləsinə tuş gəlib. Fərid döyüş yoldaşı Qubad Əliyevlə birgə şəhidlik zirvəsinə ucalıb.

Fərid Şamilov 10 noyabrda son mənzilə yola salındı. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilən şəhidin vida mərasimində onun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri minlərlə insan iştirak edirdi. O da başqa şəhidlərimiz kimi tarix yazaraq əbədiyyətə qovuşdu. Fərid Şamilovun cənazəsinin büküldüyü üçrəngli Azərbaycan bayrağı dəfn mərasiminin sonunda atası Mirzə Şamilova təqdim olundu.

O torpağını, vətəninin daha çox sevdi. Bakı şəhər 20 saylı məktəbin 2F sinifi onun adın daşıyır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayış etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Şamilov Fərid Mirzə oğluna ölümündən sonra medallarla ilə təltif edib. Şəhid olub: 09.11. 2020 il

Təltifləri[redaktə | mənbəni redaktə et]

1."Vətən uğrunda" medalı

2."Cəbrayılın azad olunmasına görə" medalı

3."Xocavəndin azad olunmasına görə" medalı

4."Füzulinin azad olunmasına görə" medalı