İsmayıl Qədirli — Vikipediya

İsmayıl Qədirli
Şəxsi məlumatlar
Doğum tarixi 16 sentyabr 1998(1998-09-16)
Doğum yeri
Vəfat tarixi 28 oktyabr 2020(2020-10-28) (22 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2017–2018/2020
Rütbəsi Əsgər
Vəzifəsi Manqa Komandiri
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Hadrut döyüşləri
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2021

İsmayıl Elçin oğlu Qədirli (16 sentyabr 1998, Biləsuvar rayonu28 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Qədirli İsmayıl Elçin oğlu 1998-ci ilin sentyabrın 16-da Biləsuvar rayonunda anadan olub. Məktəb vaxtlarından idmana marağı olan İsmayıl taekvondo idman növü ilə məşğul olmağa başlasa da, ayağında yaranan problemə görə davam etdirə bilmir. 2015-ci ildə orta məktəbi bitirib işə başlayır.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

O, 2017-ci ildə hərbi xidmətə çağırılır. Xidmət etdiyi hərbi hissə komandiri tərəfindən ailəsinə təşşəkkürnamə göndərilir. 2018-ci ildə hərbi xidmətini bitirib, yenidən iş həyatına qayıdır. 27 sentyabr Vətən Müharibəsi başlayanda İsmayıl rayonuna qayıdır və adını könüllülər siyahısına yazdırır. Oktyabrın 9-da cəbhəyə yola düşür. İlkin olaraq Ağcabədiyə, oktyabrın 14-u isə Cəbrayıl uğrunda gedən döyüşlərə qoşulur. İsmayıl Qədirli daha sonra Qubadlı, Füzuli, HadrutXocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında gedən döyüşdə şəhid olur. O, 28 oktyabr tarixində Biləsuvar şəhərində dəfn olunur.[1]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qədirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qədirli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qədirli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Şəhid Qədirli İsmayılova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[5]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Vətənə qanı ilə borcunu ödəyən şəhid İsmayıl Qədirli". 02.01.2021. 2021-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  2. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  4. 1 2 Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. "Arxivlənmiş surət". 2021-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.