Nurəddin Şıxəliyev — Vikipediya

Nurəddin Şıxəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 29 dekabr 1998(1998-12-29)
Doğum yeri
Vəfat tarixi 6 noyabr 2020(2020-11-06) (21 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Nurəddin Əfrəddin oğlu Şıxəliyev (29 dekabr 1998, Qızılağac, Salyan rayonu6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

İlk illəri[redaktə | mənbəni redaktə et]

Nurəddin Əfrəddin oğlu Şıxəliyev 29 dekabr 1998-ci il tarixində[1] Azərbaycanın Salyan rayonunda yerləşən Qızılağac kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Pirasora kəndindəndir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Nurəddin Şıxalıyev 2020-ci ilin sentyabr ayının 21-də Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nurəddin Şıxalıyev müharibə boyunca ön cəbhədə vuruşmuş, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, döyüşlərdə yaralanmış, buna rəğmən digər yaralı əsgərlərə yardım etmişdir. Nurəddin Şıxalıyev noyabrın 6-da, 23 yaşında Şuşa yaxınlıqlarında həlak olmuşdur. O, noyabrın 7-də dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bu gün doğum günü olan şəhidlərimiz – FOTOLAR". Ordu.az (az.). 29 dekabr 2020. İstifadə tarixi: 25 dekabr 2021.[ölü keçid]
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. Əliyev, İlham. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.). 15 dekabr 2020. 17 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2021.
  5. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.