Davud Abasov — Vikipediya

Davud Abasov
Şəxsi məlumatlar
Doğum tarixi 19 noyabr 1999(1999-11-19)
Doğum yeri
Vəfat tarixi 16 oktyabr 2020(2020-10-16) (20 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Çevik Hərəkat Dəstəsi
Xidmət illəri 2018–2020
Rütbəsi Kiçik gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Döyüşdə fərqlənməyə görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Davud Yalçın oğlu Abasov (19 noyabr 1999, Sabirabad, Cəlilabad rayonu16 oktyabr 2020, Cəbrayıl rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Davud Abasov 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Sabirabad kəndində Yalçın və Vəsilə Abasovların ailəsində anadan olub.[1] 2007–2018-ci illərdə E. Yusubov adına Uzuntəpə kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Davud Abasov 2018–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "Kiçik gizir" hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Davud Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Abasov oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub.

Davud Abasovun məzarı

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 18.12.2020. 2021-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə" medalı" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.