Kənan Rüstəmli — Vikipediya

Kənan Rüstəmli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Əsgərabad, Biləsuvar rayonu, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Hadrut Azərbaycan
Dəfn yeri Biləsuvar rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2021 "Cəsur döyüşçü" medalı — 2021

Kənan Rüstəmli (tam adı: Kənan Yalçın oğlu Rüstəmli; 14 noyabr 1999; Əsgərabad, Biləsuvar rayonu31 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Kənan Rüstəmli 1999-cu il noyabrın 14-ü Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. Saleh Babayev adına Əsgərabad kənd tam orta məktəbini bitirmişdir. Bakı Slavyan Universitetinin məzunu olmuşdur. Boksgüləşlə məşğul olmuşdur. Subay idi.[1][2][3]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun əsgəri olan Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsində və Suqovuşan döyüşündə iştirak etmişdir.[3]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən əsgər Kənan Rüstəmli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[4]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Rüstəmli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Rüstəmli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Tarix yazıb tarixə yazılanlar- Buləsuvar şəhidləri". 04.01.2021. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2021.
  2. 1 2 "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  3. 1 2 "Vətəni yaşadar igid oğullar..." 05.01.2021. 2021-01-05 tarixində arxivləşdirilib.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  6. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; :SM adlı istinad üçün mətn göstərilməyib
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.