Tural Vəliyev — Vikipediya

Tural Vəliyev
Tural İlham oğlu Vəliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xəlfəli, İmişli rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur.
Dəfn yeri Xəlfəli, İmişli rayonu, Azərbaycan
Dəfn tarixi 27.09.2020
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019—2020
Rütbəsi Əsgər
Döyüşlər Tovuz döyüşləri, İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020 "Azərbaycan Bayrağı" ordeni — 2020 "Cəsur döyüşçü" medalı — 2020

Tural İlham oğlu Vəliyev (9 may 2001; Xəlfəli, İmişli rayonu, Azərbaycan27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Tural Vəliyev 9 may 2001-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur.[1] İmişli rayon şəhid Qabil Mərdəliyev adına Xəlfəli kənd tam orta məktəbini bitirmişdir. 2020-ci il iyul ayında hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman Kəlbəcər istiqamətində döyüşlərə qatılıb. Murovdağın azad olunmasında iştirak edib. 27 sentyabr 2020-ci ildə Murovdağda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. İkinci Qarabağ müharibəsinin ilk şəhidlərindən biri, İmişli rayonunun İkinci Qarabağ müharibəsində verdiyi ilk şəhididir. Doğulduğu İmişli rayon Xəlfəli kəndində dəfn olunmuşdur. Şəkli Xəlfəli kənd şəhidləri abidəsində əks olunmuşdur. Ölümündən sonra 6 medal və ordenlə təltif olunmuşdur.

Qeyd edək ki, şəhidin atası, Birinci Qarabağ müharibəsi qazisi İlham Vəliyev topçu olmuşdur. Şəhid Tural da topçu olmuş və şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimizin əmisi də Birinci Qarabağ müharibəsi qazisidir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Tural Vəliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Tural Vəliyev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Tural Vəliyev 27 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Vəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.