İbrahim Vəlizadə (leytenant, 1998) — Vikipediya

İbrahim Vəlizadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Vərməziyar, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Murovdağ, Kəlbəcər rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Səməd Vəliyev
Anası Xurşud Vəliyeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2018–2020
Rütbəsi Leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2023 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2023 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 2018

İbrahim Səməd oğlu Vəlizadə (11 iyun 1998, Şərur, Naxçıvan Muxtar Respublikası2020, Murovdağ, Kəlbəcər rayonu və ya Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. İtkin.

Həyatı[redaktə | mənbəni redaktə et]

İbrahim Vəlizadə 1998-ci il iyunun 11-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Vərməziyar kəndində anadan olub.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun leytenantı olan İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İbrahim Vəlizadə sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən İbrahim Vəlizadəyə "şəhid" statusu verilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən İbrahim Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən İbrahim Vəlizadə ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İrsi və xatirəsi[redaktə | mənbəni redaktə et]

Xatirəsini əbədiləşdirmək üçün Şərur Şəhidlər Xiyabanında İbrahim Vəlizadənin büstü qoyulub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. 1 2 "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 25.06.2023. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2023.