Təbriz Qasımov — Vikipediya

Təbriz Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 16 fevral 1993(1993-02-16)
Doğum yeri
Vəfat tarixi 6 noyabr 2020(2020-11-06) (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı Aysel Qasımova
Uşağı Fatimə Qasımova
Atası Ramiz Qasımov
Anası Dilarə Qasımova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 20152018
Rütbəsi Gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Xocavəndin azad olunmasına görə" medalı — 2020

Təbriz Ramiz oğlu Qasımov (16 fevral 1993, Yemişanlı, Qəbələ rayonu6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Təbriz Qasımov 16 fevral 1993-cü ildə Qəbələ rayonu Yemişanlı kəndində anadan olmuşdur.[1] 1999-2008-ci illərdə Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində təhsil almış, ardınca Şəki Pedaqoji Kollecində İbtidai sinif müəllimi ixtisasına üzrə təhsilini davam etdirmişdir. Q. Təbriz 2011-ci ildə həmin kolleci bitirmişdir.

Ailəli idi,Aysel Qasimova adli yoldasi ve Fatimə adlı övladı Vətənə yadigar qalıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Qasımov Təbriz 2012-ci ildə Sumqayıt Şəhərinin “N” Saylı hərbi hissəsində xidmət etmişdir. O, 2013–cü ildə hərbi hissədən tərxis olunduqdan sonra həmin hərbi hissədə qalaraq, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətini davam etdirmişdir. 2015-2018-ci illərdə qədər Daxili Qoşunlarda gizir rütbəsində xidmət etmişdir.

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun giziri olan Təbriz Qasımov, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü iştirak etmiş, XocavəndFüzuli istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Təbriz Qasımov 6 noyabrda Hadrutun azad edilməsi zamanı qəhrəmancasına həlak olmuşdur․

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.02.2021.
  5. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.