İlkin Vəliyev — Vikipediya

İlkin Vəliyev
Vəliyev İlkin Səfail oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Goranboy
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Suqovuşan
Vəfat səbəbi Şəxid
Dəfn yeri Goranboy rayonu Qızılhacılı qəsəbəsi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

İlkin Vəliyev (Vəliyev İlkin Səfail oğlu)Goranboy rayonunda İkinci Qarabağ müharibəsi şəhidi

Həyatı[redaktə | mənbəni redaktə et]

Vəliyev İlkin Səfail oğlu, 1996-cı il may ayının 18-də Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olub. Atası 1-ci Qarabağ müharibəsi iştirakçısı olub[1]

2002-ci ildə Dilbazi Qasımov adına 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedir.

2008-ci ildə İlkinin 12 yaşı olarkən anası 34 yaşında ağır bir xəstəlikdən vəfat edir.[2]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

İlkin Vəliyev həvəslə oxuyur və imtahanda yaxşı bal toplayaraq hərbi litseyə qəbul olur. O, təhsilini davam etdirir, ancaq hərbi akademiyaya qəbul ola bilmir. O, yarı qalan arzusunu 2015-ci ildə hərbi xidmətə getməklə davam edir. Əsgərlik xidmətində o kəşfiyyatçı qrupa yazılır. Xidmət müdətində xüsusi təyinatlı bir əsgər kimi yetişir, layiqli əsgər kimi xidmətini başa vurur.[1]

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Əsgərlik xidmətində o kəşfiyyatçı qrupa yazılır. Xidmət müdətində xüsusi təyinatlı bir əsgər kimi yetişir, layiqli əsgər kimi xidmətini başa vurur. 2020-ci ilin Tovuz döyüşləri vaxti şəhid olan generalımızın və əsgərlərin şəhadəti onu çok sarsıtdı. Müharibənin başlayacağını hiss edirmiş kimi könüllü qeydiyyatdan keçdi.[2]

29 sentyabrda Suqovuşan-Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi neytral zonada olduğundan onu oktiyabırın 26-si doğulub boya-başa çatdığı Goranboy rayonu Qızılhacılı qəsəbəsinin kənd qəbiristanlığında şəhidlər xiyabanında dəfn edirlər.[2]

İlkin Vəliyev Qızılhacılının Vətən uğrunda Şəhidlik zirvəsinə ucalan 7-ci Şəhididir.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "İlkin Vəliyev Qızılhacılının fəxrinə çevrildi".[ölü keçid]
  2. 1 2 3 "Şəhid Vəliyev İlkin Səfail oğlu".
  3. "Qızılhacılının İkinci Vətən Müharibəsində-7-Cİ ŞƏHİDİ-İLKİN SƏFAYIL OĞLU VƏLİYEV – XALASI OĞLU VƏ DOSTU DA ŞƏHİD OLUBLAR…".
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.