Alı Həsənli — Vikipediya

Alı Həsənli
Alı Nofəl oğlu Həsənli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Alı Nofəl oğlu Həsənli (22 iyun 1995, Bakı21 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İkinci Qarabağ müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə həlak olmuşdur.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Alı Nofəl oğlu Həsənli 22 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub.[2] 1 sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1-ci sinifinə qəbul olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib.[3]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Həsənli Alı 2016-cı ilin 20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir. 2017-ci il iyul ayının 4-də hərbi xidməti başa vurub. Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2018-ci ilin dekabr ayından etibarən SOCAR Təhlükəsizlik idarəsində təhlükəsizlik əməkdaşı kimi çalışıb.[1]

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

2020-ci ilin 21 Sentyabr tarixində SHXÇDX-nin Bakı şəhəri Nizami rayonu şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələri sıralarına yenidən çağırılmışdır. 2020-ci il sentyabrın 27-də AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdəCəbrayıl istiqamətində gedən döyüşlərdə rayonlarının azadlığı uğrunda mübarizədə xüsusi rəşadət göstərmişdir. 20 Oktyabr 2020-ci il tarixində Vətən Müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.[1]

Həsənli Alı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı"Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Vətənə borcunu qanı ilə ödəyən daha bir şəhidimizi tanıyın" (az.). oxu.az. 9 dekabr. 15 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr.
  2. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  3. "Esmira Günəşin" Unutmadıq Şəhidim!" layihəsində Şəhid Alı Həsənli haqqında yazısı" (az.). ziyalilar.az. 15 noyabr. 15 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr.
  4. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". mod.gov.az (az.). 2020-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2020.
  5. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2020.
  6. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.