İbrahim Mahmudov — Vikipediya

İbrahim Mahmudov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Maştağa, Suraxanı rayonu, Bakı, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Hadrut, Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri Maştağa
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Ağagül Mahmudov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2017—2018 / 2020
Rütbəsi Əsgər
Vəzifəsi atıcı
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Xocavəndin azad olunmasına görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2021

İbrahim Ağagül oğlu Mahmudov (23 noyabr 1998; Maştağa, Suraxanı rayonu, Bakı, Azərbaycan11 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

İbrahim Mahmudov 23 noyabr 1998-ci ildə Suraxanı rayonunun Maştağa qəsəbəsində Ağagül Mahmudovun ailəsində anadan olmuşdur.[1] 2005-2014-cü illərdə Bakı şəhər 108 nömrəli tam orta məktəbdə təhsil almışdır. "Maşın ustası" ixtisasına yiyələnmişdir. Hərbi xidməti başa vurduqdan sonra maşın ustası olaraq çalışmışdır. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

İbrahim Mahmudov 29 yanvar 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. "N" saylı hərbi hissədə qumbaraatan vəzifəsində xidmət etmişdir. 2 iyul 2018-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur.

2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olması və 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq İbrahim Mahmudov 30 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan İbrahim Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. FüzulininXocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İbrahim Mahmudov 11 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Mahmudov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Mahmudov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  7. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.