Ülvi Rəfiyev — Vikipediya

Ülvi Rəfiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ordubad, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Suraxanı rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2017—2018 / 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020
Füzulinin azad olunmasına görə medalını
Vətənə xidmətə görə 3-cü dərəcəli ordeni

Ülvi Rəfail oğlu Rəfiyev (16 avqust 1996; Ordubad, Azərbaycan25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ülvi Rəfiyev 1996-cı il avqustun 16-da Ordubad şəhərində anadan olub.[1] 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil alıb. Nişanlı idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Ülvi Rəfiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Xətai Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun əsgəri olan Ülvi Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı CəbrayılınFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Rəfiyev oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.