Araz Məmmədov (əsgər, 1997) — Vikipediya

Araz Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyul 1997(1997-07-16)
Doğum yeri
Vəfat tarixi 9 noyabr 2020(2020-11-09) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Məmmədov Qəhrəman
Anası Novruzova Xeyrənsə
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2020
Rütbəsi MAXE
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Araz Qəhrəman oğlu Məmmədov (16 iyul 1997, Tumbul, Naxçıvan Muxtar Respublikası9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE-si, İkinci Qarabağ müharibəsinin şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Azər Məmmədov 16 iyul 1997-ci ildə Naxçıvan şəhərinin Tumbul kəndində dünyaya göz açmışdır.[1] 2003-cü ildə Tumbul kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2014-cü ildə təhsilini başa vurub. Ailədə 3 qardaş 1 bacı olmaqla 4 uşaq olublar. Evin kiçik uşağı Azər olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2015- ci ildə həqiqi hərbi xidmətə gedib.2017-ci ilin sonunda xidmətini başa vurub. 2020-ci ilin iyulunda könüllü olaraq ordu sıralarına qoşulmaq qərarına gəlmişdi.Xüsusi təyinatlı Qüvvələrin 3 aylıq kursunu bitirdikdən sonra MAHHXHQ kimi xidmət etməyə başlamışdır. II Qarabağ müharibəsinə könüllü olaraq yollanıb.Son dəfə Şuşa azad olan gün Şuşadan anasına zəng edən Araz ertəsi gün qəhrəmancasına şəhid olub. günlərlə Arazdan xəbər ala bilməyən ailə noyabrn 18-də hərbi komissarlıqdan aldığı cavabla Arazın şəhid olduğu xəəri öyrənirlər. Noyabrın 19-da şəhidin nəşi Tumbul kənd məzarlğında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Araz Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". 25.12.2020. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.07.2021-ci il tarixli Sərəncamı". 24.07.2021. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2021.