Tural Əsgərli — Vikipediya

Tural Ələmdar oğlu Əsgərli (20 aprel 1993, Kəngərli, Naxçıvan MR - 1 oktyabr 2020, Kəlbəcər), Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsinin şəhidi.

Əsgərli Tural
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qıvraq Kəngərli rayonu Naxçıvan Muxtar Respublikası Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu Azərbaycan
Dəfn yeri Bakı şəhəri II Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Baş leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Kəlbəcər döyüşləri
 • Murovdağ döyüşləri
Təltifləri "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Əsgərli Tural 1993-cü il aprel ayının 20-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub[1]. 1999-2007-ci illərdə Qıvraq qəsəbəsinin tam orta məktəbində, 2007-2010-cu illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil alıb. 2010-2014 cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi.Sunay və Sevgi adlı iki qızı yadigar qalıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgərli Tural 2015-ci ilAzərbaycan Silahlı Qüvvələrinin sıralarında, Qazax rayonunda yerləşən "N" saylı hərbi hissənin ön cəbhəsində, taqım komandiri olaraq leytenant hərbi rütbəsində xidmətə başlayıb. 2016-cı ilAprel döyüşlərində iştirak edib[2] və göstərdiyi igidliyə görə baş leytenant hərbi rütbəsinə layiq görülüb. 2018-ci ildən Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsinin ön cəbhəsində bölük komandiri olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun baş leytenantı olan Əsgərli Tural 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı MurovdağKəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibənin ilk günlərində 3 əsgəri ilə düşmənin 2 postunu ələ keçirib. Əsgərli Tural oktyabr ayının 1 də Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Oktyabr ayının 3-də Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, TuralƏsgərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[3]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasənTural Əsgərli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət" (PDF). 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-10.
  2. ATV. "Ana, şəhid olsam ağlama! - Şəhid Tural Əsgərlinin ölümündən əvvəl dediyi sonuncu sözü" (az.). Youtube.com. 20.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. "Arxivlənmiş surət". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-10.
  4. "Arxivlənmiş surət". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-10.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.