Ağabala Ağayev — Vikipediya

Ağabala Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 3 mart 1997(1997-03-03)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2020(2020-10-13) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Kiçik çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2021

Ağabala İlqar oğlu Ağayev (3 mart 1997, Çölquşçu, Dəvəçi rayonu13 oktyabr 2020, Füzuli rayonu və ya Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, müddətdən artıq xidmət edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağabala Ağayev 3 mart 1997-ci il tarixində Azərbaycanın Şabran rayonunun (o vaxtlar Dəvəçi adlandırılırdı) Çölquşçu kəndində anadan olmuşdur. O, həmin kənddə orta təhsilini almışdır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Ağabala Ağayev 2015-ci ildə hərbi xidmətə yollanmışdır. Kiçik çavuş olan Ağayev MAXE hərbi qulluqçusu vəzifəsində çalışmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Ağabala Ağayev FüzulininCəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 13-də, 23 yaşında Füzuli-Cəbrayıl istiqamətində həlak olmuşdur. Ağabala Ağayev oktyabrın 14-də Çölquşçu kəndində dəfn edilmişdir.

Təltiflər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliyev, İlham. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.). 15 dekabr 2020. 17 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.