Anar Cavadzadə — Vikipediya

Anar Cavadzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İmişli rayonu, Azərbaycan
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Hadrut, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Tahir Cavadzadə
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Vəzifəsi Topçu
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Xocavəndin azad olunmasına görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2021

Anar Tahir oğlu Cavadzadə (29 aprel 1990, İmişli rayonu17 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı və hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Anar Cavadzadə 29 aprel 1990-cı ildə İmişli rayonunda dünyaya göz açmışdır.[1] 1997-ci ildə İmişli şəhər 2 saylı tam orta məktəbinə daxil olmuşdur. 9-cu sinfə qədər bu məktəbdə təhsil alan Anar, ailəsi ilə Bakıya köçdükdən sonra şəhərin məktəblərindən birində orta təhsilini davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra topçu vəzifəsi ilə hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra Bakıya qayıtmış, burada bir çox sahələrdə çalışmışdır. 2018-ci ildə çəkilmiş şəhid İlham Cəfərovun 50 illik yubileyinə həsr olunan sənədli filmdə rollardan birini səsləndirmişdir. Bu səsləndirmə xidmətinə və həmçinin, xüsusi səs tembrinə görə "İlin səsi" fəxri adına layiq görülmüşdür.

İkinci Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun əsgəri olan Anar Cavadzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Müharibədən əvvəl təhsilini davam etdirmək istəsə də, müharibə başlayanda döyüşə yollanmışdır. Topçu kimi hərbi əməliyyatlarda iştirak etmişdir. FüzüzulininXocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 17 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. İmişli rayonunun Telişli kəndində torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Cavadzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Cavadzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Cavadzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  7. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.