Nahid Nəsirov — Vikipediya

Nahid Nəsirov
Nahid Əlizamin oğlu Nəsirov
Şəxsi məlumatlar
Ləqəbi Şuşa Qartalı
Doğum tarixi
Doğum yeri Saatlı rayonu
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Şuşa şəhəri
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Saatlı rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əlizamin Nəsirov
Anası Cəmilə Nəsirova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2015-2017
Rütbəsi Əsgər
Vəzifəsi Pulemyotçu(PKM)
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Şuşanın azad edilməsi
Təltifləri " Şuşanın azad olunmasına görə" " Vətən uğrunda" " Cəbrayılın azad olunmasına görə" " Füzulinin azad olunmasına görə" " Xocavəndin azad olunmasına görə" " Cəsur döyüşçü" və "Hərbi Xidmətdə Fərqlənməyə görə" medalları.

Nahid Nəsirov (tam adı:Nahid Əlizamin oğlu Nəsirov ; 11 dekabr 1995; Saatlı, Azərbaycan10 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Şəhid, Nəsirov Nahid Əlizamin oğlu, 11 dekabr 1995-ci ildə Saatlı şəhərində anadan olmuşdur.

Şəhid 2001-ci ildə Saatlı şəhər Cəfər Cabbarlı adına 3 saylı tam orta məktəbində təhsil almağa başlamışdır.2010-cu ildə məktəbi əla qiymətlərlə bitirmişdir.

2011-2015-ci illərdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecində İbtidai sinif Müəllimliyi ixtisası üzrə təhsil almışdır.

2015-2017-ci illərdə hərbi xidmətdə olmuşdur. 2016-cı il General-mayor Polad Həşimovun komandınlığı altında Aprel döyuşlərində iştirak etmişdir.'PKM' pulemyot silahı ilə xeyli düşməni məhv edib. Göstərdiyi şücaətə görə komandanlıq tərəfindən Təşəkkürnamə və əlavə məzuniyyətlə təltif olunmuşdur.

2017-ci ildən Saatlı rayon Alı Mustafayev adına Qıraqlı kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləmişdir.

2020-ci il Tovuz döyüşləri zamanı könünlülər sırasına ilk yazılanlardan olmuşdur. Vətən müharibəsi başladıqdan 2 gün sonra ordu sıralarına qoşulur. Füzuli, Cəbrayıl,Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Döyüş zamanı xeyli sayda erməni məhv edib.Şəhid olacağını hiss edən Nahid saatını qolundan açır və bunu qardaşım Yusifə verərsiz deyib döyüşə atılır. Şuşa döyüşlərində göstərdiyi qəhrəmanlığa görə "Şuşanın Qartalı" ləqəbi verilib. 8 Noyabr Şuşa uğrunda gedən döyuşlərdə aldığı qəlpə yarası nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. 10 Noyabr 2020-ci ildə Saatlı şəhərində dəfn olunmuşdur. Ölümündən sonra " Şuşanın azad olunmasına görə" " Vətən uğrunda" " Cəbrayılın azad olunmasına görə" " Füzulinin azad olunmasına görə" " Xocavəndin azad olunmasına görə" " Cəsur döyüşçü" və "Hərbi Xidmətdə Fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2015-2017-ci illərdə hərbi xidmətdə olmuşdur. 2016-cı il General-mayor Polad Həşimovun komandınlığı altında Aprel döyuşlərində iştirak etmişdir.'PKM' pulemyot silahı ilə xeyli düşməni məhv edib. Göstərdiyi şücaətə görə komandanlıq tərəfindən Təşəkkürnamə və əlavə məzuniyyətlə təltif olunmuşdur. 2020-ci il Tovuz döyüşləri zamanı könünlülər sırasına ilk yazılanlardan olmuşdur. Vətən müharibəsi başladıqdan 2 gün sonra ordu sıralarına qoşulur. Füzuli, Cəbrayıl,Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhramancasına döyüşüb. Döyüş zamanı xeyli sayda erməni məhv edib.Şəhid olacağını hiss edən Nahid saatını qolundan açır və bunu qardaşım Yusifə verərsiz deyib döyüşə atılır. Şuşa döyüşlərində göstərdiyi qəhrəmanlığa görə "Şuşanın Qartalı" ləqəbi verilib.

Vəfatı

8 Noyabr Şuşa uğrunda gedən döyuşlərdə aldığı qəlpə yarası nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. 10 Noyabr 2020-ci ildə Saatlı şəhərində dəfn olunmuşdur.

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • "
  • medalı
  • medalı
  • " Şuşanın azad olunmasına görə" " Vətən uğrunda" " Cəbrayılın azad olunmasına görə" " Füzulinin azad olunmasına görə" " Xocavəndin azad olunmasına görə" " Cəsur döyüşçü" və "Hərbi Xidmətdə Fərqlənməyə görə" medalları.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nahid Nəsirov: Şuşa uğrunda gedən döyüşlər zamanı şəhidlik". 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.