Ayhan Haqverdiyev — Vikipediya

Ayhan Haqverdiyev
Ayhan Akif oğlu Haqverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Daşkəsən, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Binəqədi qəsəbəsi Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2020

Ayhan Akif oğlu Haqverdiyev (28 mart 2002, Daşkəsən, Azərbaycan — 4 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Ayhan Haqverdiyev martın 28-i 2002-ci ildə Daşkəsən rayonunda anadan olub. Əslən Qərbi Azərbaycandandır. 2003-cü ildə ailəsi Bakı şəhərinə köçüb və Ayhan 2009-cu ildə Bakı şəhərində Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbində təhsil alıb.[2][3]

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

Ayhan 2020-ci ildə Binəqədi rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Ağcabədi rayonu N saylı hərbi hissəsində vətəni xidmətini yerinə yetirib.[4]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ayhan Haqverdiyev Füzulinin azad edilməsində savaşıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə, Qaraxanlı kəndində Üçtəpə deyilən ərazidə 30 sentyabr 2020-ci il tarixində ağır yaralanıb. Ayhan yaralandıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, 4 gün komada qaldıqdan sonra 4 oktyabr tarixində şəhadətə qovuşub. Şəhidimiz Binəqədi qəsəbəsi qəbristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksində böyük izdihamla dəfn edilib.[5][6]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayhan Haqverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayhan Haqverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Ayhan Haqverdiyev". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-20.
  3. "Haqverdiyev Ayhan Akif oğlu". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-20.
  4. "Şəhidimiz Ayhan Haqverdiyev". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-20.
  5. "Əfsanələşən şəhid ömrü". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-20.
  6. "Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz Haqverdiyev Ayhan Akif oğlu!". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-20.
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  9. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  10. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.