İlkin Əliyev — Vikipediya

İlkin Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Canalı, Qazax rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Şuşa rayonu, Azərbaycan
Dəfn yeri Canalı, Qazax rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019-2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrut döyüşləri
 • Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020

İlkin Bəxtiyar oğlu Əliyev (26 fevral 2001; Canalı, Qazax rayonu - 15 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

İlkin Əliyev 2001-ci il fevralın 26-da Qazax rayonunun Canalı kəndində anadan olub.

2007-2018-ci illərdə Canalı kənd tam orta məktəbində təhsil alıb.

Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

İlkin Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İlkin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, CəbrayılŞuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

İlkin Əliyev Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Canalı kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Əliyev ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  7. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.