Vüsal İsayev — Vikipediya

Şəhid İsayev Vüsal Firdovsi oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yevlax, Azərbaycan SSR
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri Suqovuşan
Dəfn yeri Yevlax Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Məryəm İsayeva
Uşaqları Leyla İsazade,Firdovsi İsazde
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2014—2020
Rütbəsi Kiçik çavuş
Vəzifəsi Sanitar telimatçisi
Döyüşlər Talişkend Suqovuşan döyüsleri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020Suqovuşanin azad olunmasina göre medali

Vüsal Firdovsi oğlu İsayev (5 aprel 1983; Yevlax, Azərbaycan SSR5 oktyabr 2020; Suqovuşan Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

, 1983-cü ildə Yevlax şəhərinin Xaldan kəndində anadan olub. Müxtəlif sahələrdə çalışsa da, Vətənə olan sevgisi 2014-cü ildə yenidən ordu sıralarında işləməyə sövq edib.Tibb xidməti kiçik çavuş sanitar təlimatçisi vezifəsində ön cəbhədə işləyib.İşində peşekar olub.

Talışkənd, Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə yaralanan qəhrəman, öz yaralarına baxmayaraq, bir neçə döyüşcülərə yardım edib, neçə canlar xilas edib.

Oktyabr ayının 5-də Vüsal düşmənin xain pusqusuna düserek qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun Vətənə əmanət iki övladı qalıb.

"Vətən uğrunda", "Laçının azad olunmasına görə", ""Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun tibb xidməti kiçik çavuşu olan İsayev Vüsal Firdovsi oğlu 2014 cü il 25 iyun tarixinden sanitar təlimatçisi vezifəsində Aran qəsəbəsindəki N sayli hərbi hissədə xidmət etmişdir.2017 ci ilin dekabr ayinda təyinatla ön cəbhədə xidmət etmişdir. Vüsal İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal İsayev oktyabrın 5-də Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə xüsusi merdlik və şücaət görsederek qəhrəmancasina həlak olmuşdur. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azerbaycanın Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparilan döyüş əməliyyatlarina qatilaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərancamina əsasən Vüsal İsayev ölümündən sonra "Suqovuşanin azad olunmasina görə" medali ilə təltif edildi

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İsayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İsayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Təltifləri "Suqovuşanin azad olunmasina görə "medali Vətən Uğrunda medali "Laçinin azad olunmasina görə"medallari ilə təltif olunmuşdur[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.