Məhəmməd Əmənov — Vikipediya

Məhəmməd Əmənov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bağbanlar, Biləsuvar, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Ağdərə, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Bağbanlar, Biləsuvar, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2017-2020
Rütbəsi Gizir
Döyüşlər
Təltifləri "Qarabağ" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021

Məhəmməd İltizam oğlu Əmənov (18 sentyabr 1996; Biləsuvar rayonu, Azərbaycan20 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd Əmənov 1996-cı il sentyabrın 18-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun giziri olan Məhəmməd Əmənov 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Əmənov oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Biləsuvar rayonunun Bağbanlar kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 09.12.2020. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.