Atiq İbrahimov — Vikipediya

Atiq İbrahimov
Atiq Ariz oğlu İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mingəçevir, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Ağdərə,"Beton"postu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020"Suqovuşanın azad olunmasına görə" medalı — 2020

Atiq Ariz oğlu İbrahimov (d. 24 iyun 1990; Mingəçevir, Azərbaycan SSR, SSRİ - 16 oktyabr 2020; Ağdərə, Azərbaycan Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

İbrahimov Atiq Ariz oğlu 24 iyun 1990-cı ildə anadan olub.

Subay idi.

Təhsili[redaktə | mənbəni redaktə et]

5-ci sinifə kimi Mingəçevir Texniki Hümanitar Liseyində oxuyub, sonra 2002-ci ildə Mingəçevir Türk Litseyinə qəbul olub, 2008-ci ildə Türk Litseyini qurtarıb. Türkiyənin Akdeniz və 2012-2016-cı illərdə Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.2016-cı ildə Azərbaycana qayıdıb. 5 xarici dildə sərbəst danışa bilirdi. Karate üzrə qara kəmərə sahib olmuşdur.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Atiq İbrahimov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Talış, SuqovuşanAğdərənin kəndlərinin azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etmişdir. Atiq Ariz oğlu İbrahimov oğlu 16 oktyabr 2020-ci ildə da Ağdərədə "Beton" post deyilən yerdə şəhid olub.

17 oktyabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib .

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan İkinci Qarabağ Müharibəsində şəhid olmuş 2900 hərbi qulluqçusunun adını açıqlayıb". 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-21.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.