İlqar İbrahimov (əsgər) — Vikipediya

İlqar İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Taxtanəkəran, Astara rayonu, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Suqovuşan, Ağdərə rayonu, Azərbaycan
Dəfn yeri Taxtanəkəran
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Elçin İbrahimov
Anası Tünzalə İbrahimova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Vəzifəsi Baş Atıcı
Döyüşlər İkinci Qarabağ müharibəsi  • Madagizin azad edilməsi
Təltifləri

"Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020

"Suqovuşanın azad olunmasına görə" medalı — 2020

İlqar Elçin oğlu İbrahimov (25 iyun 2002; Taxtanəkəran, Astara rayonu, Azərbaycan – 3 oktyabr 2020; Suqovuşan, Ağdərə rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

İlqar İbrahimov 25 iyun 2002-ci ildə Astara rayonunun Taxtanəkəran kəndində anadan olub. 2008–2019-cu illərdə Elşən Baxşıyev adına Rinə tam orta məktəbində təhsil alıb. 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağrılıb.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun əsgəri olan İlqar İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar İbrahimov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı həlak olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən əsgər İbrahimov İlqar Elçin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cenublu.az. "Astara: şəhidimiz İlqar İbrahimovun ad günüdür" (az.). Cenublu.az. 25.06.2022. 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2023.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.