Orxan Süleymanov — Vikipediya

Orxan Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Saloğlu, Ağstafa rayonu, Azərbaycan SSR
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Saloğlu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2008—2010; 2012–2020
Rütbəsi Gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Cəbrayılın azad olunmasına görə" medalı — 2020

Orxan Oruc oğlu Süleymanov (10 iyun 1990, Saloğlu, Ağstafa rayonu2020, Mandılı, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Orxan Süleymanov 1990-cı il iyunun 10-da Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub.[1] 1996–2007-ci illərdə A. Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Hərbçi ailəsində böyüyən Orxan Süleymanov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2011-ci ilin oktyabr ayından 2012-ci ilin aprel ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizirlik kursu keçib. Hərbi fəaliyətə Beyləqan rayonunda başlayıb. 2017-ci ildə Qusar rayonunda "N" saylı hərbi hissədə taqım komandirinin müavini vəzifəsini icra edib. Daha sonra Beyləqan rayonunda xidmətini davam etdirib.

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Orxan Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzulinin dörd kəndinin düşmən işğalından azad edilməsində böyük rolu olmuşdur. Orxan Süleymanov sentyabrın 27-sində Füzulinin azad edilməsi zamanı şəhid olub. Yaralanmasına baxmayaraq döyüş meydanını tərk etməmiş ağır yaralı döyüş yoldaşlarının döyüş meydanından təxliyə edilməsinə yardım edən zaman düşmənin minamyot atəşi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Ağstafa rayonunun Saloğlu qəsəbəsində 30 oktyabr 2020-ci ildə dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Süleymanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. 05.11.2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı [4]ilə təltif edilmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  4. (#empty_citation)
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.

[1]