İbrahim Əliyev (əsgər) — Vikipediya

İbrahim Əliyev
İbrahim Nəcəfqulu oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi 28 yasında (27 yaşında)
Vəfat yeri Zəngilan rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Nəcəfqulu Əliyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Cəbrayılın azad edilməsi
Zəngilanın azad edilməsi
Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021 "Suqovuşanın azad olunmasına görə" medalı

İbrahim Nəcəfqulu oğlu ƏliyevAzərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyev İbrahim Nəcəfqulu oğlu 23 oktyabr 1993-cü ildə Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində yerləşən 125 nömrəli orta məktəbdə təhsilə başlayıb. 9 illik təhsilini bitirdikdən sonra bu məktəbdən ayrılıb. Uşaqlıqdan kompüterə, elektrik işlərinə həvəsi olan İbrahim bu sahədə də özünü inkişaf etdirib.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan İbrahim Ağdamda yerləşən N saylı hərbi hissədə, ön xətdə xidmət keçib. Erkən yaşlarında hər iki valideynini itirən İbrahim sentyabrın 29-dan könüllü olaraq İkinci Qarabağ müharibəsinə qoşulub. Silah yoldaşları ilə birgə Füzulinin, Cəbrayılın və Zəngilanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə gəlib. İbrahim Əliyev oktyabrın 24-də Zəngilan istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalıb.[1]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Doğum günü olan şəhidlər - FOTO". 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Şəhid Əliyev İbrahim Nəcəfqulu oğlu sənin ilə qürur duyuruq ruhun şad olsun