Fəqan Zalov — Vikipediya

Fəqan Zalov
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1997(1997-04-01)
Doğum yeri
Vəfat tarixi 9 noyabr 2020(2020-11-09) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Amil Zalov
Anası Səridə Zalova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Dəniz Qüvvələri:
"Sualtı Hücum" Dəniz Xüsusi Təyinatlıları
Xidmət illəri 2015—2020
Rütbəsi Kiçik miçman
Döyüşlər
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 2019

Fəqan Amil oğlu Zalov (1 aprel 1997, Qalaqayın, Sabirabad rayonu9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur.

Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub.[1] Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir.

Təhsili[redaktə | mənbəni redaktə et]

2003–2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Fəqan Zalov subay idi. Onun ailəsində 3 uşaq olub – özü, qardaşı Nicat və bacısı Gültəkin. Qardaşı Nicat Zalov da İkinci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır.[2]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Fəqan Zalov 2015-ci ildə Füzuli RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Artilleriya Qoşunlarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirmişdir.

Aprel döyüşləri[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Aprel döyüşləri

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Fəqan Zalov Azərbaycan Artilleriya Qoşunlarının əsgəri olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

Döyüşlərdə yaralanan əsgər Zalov müalicəsi bitdikdən sonra xidmətini davam etdirmişdir.[3] Fəqan Zalov 2017-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətini başa vurmuşdur. 9 ay sonra 2017-ci ilin oktyabr ayından dekabr ayınadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluq etmək üçün kursdan keçmişdir və kursu bitirdikdən sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.[4]

Fəqan Zalov (sağda) paraşüt təlimi zamanı

2017-ci ilin dekabr ayından 2019-cu ilin mart ayına qədər HDQ-nin "N" saylı hərbi hissəsinin Gözətçi Gəmilər Diviziyasının "N" nömrəli gəmisində komendor vəzifəsində xidmət etmişdir. Gəmidə xidmət etdiyi dövrdə Xəzəryanı dövlətlərinin birgə təşəbbüsü ilə keçirilən "Beynəlxalq dəniz kuboku" yarışlarında iştirak etmişdir. Onun xidmət etdiyi gəmi dəniz kuboku yarışlarında dəfələrlə qalib gəlmişdir. Yarışlarda gəminin komendoru Fəqan Zalov bir çox fəxri fərmanlarla təltif olunmuşdur. 2018-ci ilin mart ayından 2018-ci ilin dekabr ayınadək "N" saylı hərbi hissənin nəzdində olan Xüsusi Təyinatlı Kəşfiyyat kursunu birincilik dərəcəsi ilə bitirdiyinə görə "kiçik miçman" rütbəsi almışdır. 2019-cu ilin mart ayından "N" saylı hərbi hissədə Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmişdir. Xidmət etdiyi dövrdə kəşfiyyatçı olaraq "Dağçılıq", "Paraşüt", "Antiterror", "Amfibiya" kurslarını bitirmişdir.

İkinci Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[5] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[6]

Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsi zamanı əvvəlcə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl rayonundan başlayan əks hücum əməliyyatlarında qarşı tərəfin illər boyu qurduğu və möhkəmləndirdiyi mühəndis-istehkam və müdafiə zolaqlarının yarılmasında bir çox istiqamətdəki strateji yüksəkliklərin ələ keçirilməsində fərqlənmişdir. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi — Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, ŞürbəyliYuxarı Maralyan işğaldan azad edilmişdir.[7][8]

Fəqan Zalov 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Soltanlı[9] kəndi istiqamətində ayağından qəlpə yarası alaraq yaralanmışdır. Əvvəlcə, Füzuli rayonunda, sonra Beyləqan rayonunda, sonuncu dəfə isə Hacıqabul rayonunda yerləşən xəstəxanaya yerləşdirilmişdir. Verilən məzuniyyətdən imtina etmiş və döyüş meydanına qayıtmışdır. İlk olaraq Xocavənd istiqamətində gedən döyüşlərdə adsız yüksəkliklərin ələ keçirilməsində fərqlənmişdir.

19 oktyabrda SAH Xüsusi Təyinatlı Qüvvələrinin də iştirak etdiyi hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri işğaldan azad edilmişdir.[10][11]

Fəqan Zalov bundan sonra Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə də vuruşaraq fərqlənmişdir. Onun son döyüşü Xocavənd istiqamətində olmuşdur.

Ölümü[redaktə | mənbəni redaktə et]

Fəqan Zalov 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasına 6 saat qalmış Xocavənd rayonunun (601 və 436 metr) yüksəkliklərinin cənub istiqamətində "Qızılqaya" adlı ərazidə yarımqrup tərkibində hücum əməliyyatını yerinə yetirən zaman qarşı tərəfin atdığı mərmilərin partlayışı nəticəsində qəlpə yarası almışdır. Qəlpə boyun hissəsindən daxil olub ağciyərini və ürəyini parçaladığı və ölümcül olduğu üçün kiçik miçman Fəqan Zalov xilas edilə bilməmiş və həlak olmuşdur.[12] Fəqan Zalov Füzuli rayonunun Babı kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Müdafiə Naziri Zakir Həsənovun "081t" nömrəli 20 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Fəqan Zalov "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[13]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[14]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[15]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[16]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[17]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[18]

İrsi və xatirəsi[redaktə | mənbəni redaktə et]

2021-ci ildə Füzuli rayonu Horadiz şəhəri 3 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun adı verilmişdir.[25]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Aytən Zəhra. ""Oğlum ən yüksək ada layiq görüldü" - Şəhid atası Prezidentə təşəkkür etdi". www.azvision.az (az.). 10.12.2020. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.06.2021.
  3. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "İkinci Qarabağ müharibəsinin qəhrəman qardaşları - biri şəhidlik zirvəsinə yüksəldi, digəri qazi oldu VİDEO". www.azertag.az (az.). 22.12.2020. 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.06.2021.
  4. Habil Aslanoğlu, Ziya İsmayılov. "Xüsusi təyinatlı Vətən Müharibəsi Qəhrəmanı - REPORTAJ". www.apa.az (az.). 01.04.2021. 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.06.2021.
  5. Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  6. Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  7. Xəbərlər şöbəsi. "İlham Əliyev: "Biz haqq yolundayıq"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 04.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2020.
  8. Anar Tağıyev. "Prezident: Bu gün Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələri işğaldan azad edib". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 03.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.10.2020.
  9. Teleqraf.com. "23 yaşlı "Vətən Müharibəsi Qəhrəmanı" - Özü şəhid oldu, qardaşı qazi..." www.teleqraf.com (az.). 12.12.2020. 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.06.2021.
  10. "13 kənd işğaldan azad edildi". qafqazinfo.az (az.). 19 oktyabr 2020. 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
  11. "В Баку заявили, что взяли под контроль ряд населенных пунктов в Карабахе" (rus). RİA Novosti. 19 October 2020. 6 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2020.
  12. "İki sahil" qəzeti. "Qəhrəman qardaşlar: Biri şəhid oldu, digəri qazi... - FOTOLAR". www.ikisahil.az (az.). 10.06.2021. 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.06.2021.
  13. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  14. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  15. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 24.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  16. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  17. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  18. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  19. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  20. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  21. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  22. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  23. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  24. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". e-qanun.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  25. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.