Əbdülrza Rəfibəyli — Vikipediya

Əbdülrza Rəfibəyli
Əbdülrza Şamməd oğlu Rəfibəyli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xətai rayonu, Bakı, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016-2018; 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2022 "Füzulinin azad olunmasına görə" medalı — 2021

Əbdülrza Şamməd oğlu Rəfibəyli (2 iyun 1998; Xətai rayonu, Bakı, Azərbaycan23 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbdülrza Rəfibəyli 2 iyun 1998-ci ildə Xətai rayonunda anadan olmuşdur.[1] Əslən Masallı rayonunun Boradigah qəsəbəsindəndir. 2004-2015-ci illərdə Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil almışdır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

27 iyul 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanan Əbdülrza Rəfibəyli Naxçıvan MR-da yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. 4 yanvar 2018-ci ildə hərbi xidmət müddətini başa vurmuşdur. Topçu ixtisasıyla bağlı təcrübələr qazanmışdır.

2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Əbdülrza Rəfibəyli sentyabr ayında çağırılmışdır. 21 sentyabr tarixindən başlayan hərbi təlim toplantılarında da iştirak etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Əbdülrza Rəfibəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, QubadlınınXocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 23 oktyabr 2020-ci ildə Xocavənd-Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı başından qəlpə yarası alaraq şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbdülrza Rəfibəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əbdülrza Rəfibəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Əbdülrza Rəfibəyli ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.azertag.az. 24.06.2021. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2022.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "prezident.az". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-15.
  7. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.