Nicat Xankişiyev — Vikipediya

Nicat Xankişiyev
Şəxsi məlumatlar
Doğum tarixi 27 yanvar 1999(1999-01-27)
Doğum yeri
Vəfat tarixi 7 oktyabr 2020(2020-10-07) (21 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2017–2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Suqovuşan
 • Xocavənd
 • Qubadlı
 • Hadrut
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "İgidliyə görə" medalı — 2020

Nicat Aşur oğlu Xankişiyev (27 yanvar 1999, Həsənabad, Neftçala rayonu7 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nicat Xankişiyev 27 yanvar 1999-cu il tarixində Azərbaycanın Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Atası Aşur traktor sürücüsü, anası isə Seyidnisə idi. O, daha 2 oğlan və 2 qızın olduğu ailənin ən kiçik uşağı idi. Xankişiyev 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbində 1-ci sinifə daxil olmuş, 2016-cı ildə həmən məktəbin məzunu olmuşdur.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Nicat Xankişiyev 30 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətini Beyləqan rayonunda etmiş, 2018-ci ilin iyul ayında tərxis olmuşdur. Kəşfiyyatçı kimi xidmət etmiş Xankişiyev hərbi xidmətini təşəkkürnamə ilə başa vurmuşdur. Xankişiyev 21 sentyabr 2020-ci il tarixində cəbhəyə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Xankişiyev Füzuli, Cəbrayıl, Suqovuşan, Xocavənd, Qubadlı, Hadrut döyüşlərində yaxından iştirak etmişdir. Nicat Xankişiyev 7 oktyabr 2020-ci il tarixində Hadrut uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Nicat Xankişiyev anadan olduğu Həsənabad qəsəbəsində dəfn edilmişdir.[1]

Təltiflər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Nicat Xankişiyev: Döyüş tapşırığını yerinə yetirən zamanı şəhid oldu". memorial.az (az.). İstifadə tarixi: 12 iyun 2021.[ölü keçid]
  2. Əliyev, İlham. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.). 15 dekabr 2020. 17 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2021.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2021.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2021.
  5. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 29 dekabr 2020. 29 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2021.