Kənan Ələkbərli — Vikipediya

Kənan Ələkbərli
Kənan Müşviq oğlu Ələkbərli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qızılhacılı, Goranboy, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Ağdərə, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Goranboy
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Ağdərə döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Laçının azad olunmasına görə" medalı — 2020, "Azərbaycan Bayrağı" ordeni — 2021

Kənan Müşfiq oğlu Ələkbərli (15 may 1996; Qızılhacılı, Goranboy, Azərbaycan — 11 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin Maxe hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Kənan Ələkbərli 1996-cı ildə rayonun Qızılhacılı qəsəbəsində anadan olub.[3] Nişanlı idi.[4] Atası Müşfiq Ələkbərov Birinci Qarabağ Savaşının iştirakçılarından, əmisi Cabbar Ziyəddin oğlu Ələkbərov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir.[5]

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

Kənan Ələkbərli 2020-ci ilin sentyabrın 20-dən MAXEHQ kimi işləməyə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kənan Ələkbərli Ağdərə döyüşlərində savaşıb. 11 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Goranboy'da torpağa tapşırılıb.[6][7]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[9]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[10]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçular". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  3. "Şəhid Kənan Ələkbərli". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  4. "bbhb". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  5. "Yenidən, ikinci dəfə təltif olunan Şəhidlərimiz…". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  6. "Evin tək oğlu, nişanlı-Şəhid Kənan Ələkbərli…". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  7. "Goranboyda İkinci Qarabağ müharibəsi Şəhidi Ələkbərli Kənan Müşfiq oğlunun xatirəsi doğum günündə anıldı". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  9. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  10. 1 2 Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.11.2021.
  11. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.