Fikrət Məmmədov (əsgər) — Vikipediya

Fikrət Məmmədov
Fikrət Elşad oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 29 iyun 1997(1997-06-29)
Doğum yeri
Vəfat tarixi 11 noyabr 2020(2020-11-11)[1] (23 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri Ucar rayonu,Müsüslü kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı "Cəsur döyüşçü" medalı "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı

Fikrət Elşad oğlu Məmmədov (29 iyun 1997, Müsüslü, Ucar rayonu11 noyabr 2020[1], Şuşa rayonu) — Azərbaycanlı şəhid.

Həyatı[redaktə | mənbəni redaktə et]

Fikrət Məmmədov 19 iyul 1997-ci ildə Ucar rayonu Müsüslü kəndində anadan olub.[2]

Təhsili[redaktə | mənbəni redaktə et]

2005-ci ildə Ucar rayonu Müsüslü kəndində 1-ci sinifə gedib. Göyçay rayonunda dini kursa da getməyə başlamışdı, amma müəyyən səbəblərdən kursu yarımçıq qoyub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2015-ci il iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərlə bərabər yola düşüb. Vətənə qulluğunu Füzuli rayonunda edib. 2017-ci ilin yanvar ayında hərbi xidmətini başa vuraraq, geri qaydıb.2020-ci il, sentyabrın 27-də Vətən Müharibəsi başlayır. sentyabrın 29-da Ucar rayon hərbi komissarlığından birbaşa Füzuliyə yola düşür.

Oktyabrın 31-də 31 nəfər döyüş yoldaşı ilə Şuşa istiqamətində düşmənlə döyüşə girirlər. Elə həmin döyüşdə də şəhid olur.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 http://ucar-ih.gov.az/az/news/736.html.
  2. "Arxivlənmiş surət". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-13.
  3. "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı". 2023-07-13 tarixində arxivləşdirilib.