Şamil Bababəy — Vikipediya

Şamil Bababəy
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ordubad rayonu , Cənnəb kəndi
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Ağdərə ,Azərbaycan
Vəfat səbəbi Vətən Müharibəsi
Dəfn yeri İkinci Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşağı Ayan Bababəy
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016—2020
Rütbəsi Baş leytenant
Vəzifəsi Bölük Komandiri
Döyüşlər Aprel döyüşləri
Vətən Müharibəsi
Təltifləri "Suqovuşanın azad olunmasına görə" medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Vətən uğrunda" medalı "Hərbi xidmətlərə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı

Şamil Nazim oğlu Bababəy (4 yanvar 1994, Çənnəb, Naxçıvan Muxtar Respublikası7 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Şamil Bababəy 1994-ci il yanvarın 4-də Ordubad rayonunun Çənnəb kəndində anadan olub. Ailəli idi.

Təhsili[redaktə | mənbəni redaktə et]

Çənnəb kənd tam orta məktəbini 6-cı sinifə qədər oxuyub. 7-ci sinifə qədər Biləv kənd tam orta məktəbində oxuyub.8-ci sinifə qədər Ordubad rayonunda Uşaq Evində oxuyub.8-ci sinifi bitirdikdən sonra, həmin məktəbin tərkibindən Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur.3 il həmin liseydə oxumuşdur.2012-2016-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi məktəbə daxil olur.4 il oxuduqdan sonra leytenant rütbəsinə layiq görülür. Rütbəsini aldıqdan sonra 1 il praktika keçərək biliklərini təkminləşdirib.2016-2020-ci illərdə vətənə xidmət edib. Özünün tərbiyəsi və nizam-intizamı ilə çox keçmədən baş leytenant rütbəsinə layiq görülmüşdür.

Hərbi Xidməti[redaktə | mənbəni redaktə et]

Şamil Bababəy N saylı Hərbi hissədə tankçı vəzifəsində xidmət etmişdir.

Aprel döyüşlərində iştirakı[redaktə | mənbəni redaktə et]

2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur.

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun baş leytenantı olan Şamil Bababəy 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı SuqovuşanAğdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Şamil Bababəy 7 oktyabrda Ağdərənin azadlığl uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

İkinci fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Bababəy "Vətən Uğrunda" və "lll dərəcəli" ordeni ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İrsi və Xatirəsi[redaktə | mənbəni redaktə et]

Şamil Bababəy ölümündən sonra Azərbaycan cəmiyyətində fenomenə çevrilən nadir şəxsiyyətlərdən biri oldu. Şəhid olmasından sonra əsgərləri və xidmət yoldaşları onunla bağlı xatirələrini bölüşdülər.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Şəmil Sadiq. Baş Leytenant Şamil Bababəy xatirələrdə. Bakı: "Hədəf Nəşrləri" və "XAN" Nəşriyyatı. 2020. ISBN 9084930936722.

İstinadlar[redaktə | mənbəni redaktə et]