Ceyhun Səfərov — Vikipediya

Ceyhun Səfərov
Ceyhun Akif oğlu Səfərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lerik
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Cəbrayıl
Vəfat səbəbi Şəxid
Dəfn yeri Lerik
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Zəngilan uğrunda döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020

Ceyhun Səfərov (Ceyhun Akif oğlu Səfərov) - Lerik rayonunda İkinci Qarabağ müharibəsi şəhidi

Həyatı[redaktə | mənbəni redaktə et]

Ceyhun Akif oğlu Səfərov 12 iyun 1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olub. Bir bacı 3 qardaş olmaqla ailədə 6 nəfər olublar. Ceyhun evin ən kiçiyi idi. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2001-ci ildə Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2012-cu ildə həmin məktəbi bitirib.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Təhsilini başa vurduqdan sonra bir müddət təsərrüfatla məşğul olub. 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Ceyhun Goranboy rayonunda xidmət edib. 2015-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb.[2]

İkinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Səfərov Ceyhun 2020-ci ildə könüllü olaraq Lerik rayon Hərbi Komissarlığında qeydiyyatdan keçir və 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak edir. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən Ceyhun 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Cənginəvud kənd qəbiristanlığında torpağa tapşırılır.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Lerik Rayon İcra Hakimiyyəti. "Səfərov Ceyhun Akif oğlu". 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.
  2. Memorial. "Ceyhun Akif oğlu Səfərov". 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.
  3. İki Sahil. "Lerikdə İkinci Qarabağ müharibəsi şəhidi Ceyhun Səfərovun doğum günü xatirəsi anılıb - FOTO". 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. president.az. ""Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.