Fərid İlyasov — Vikipediya

Fərid İlyasov
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyul 1999(1999-07-20)
Vəfat tarixi 30 oktyabr 2020(2020-10-30) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020

Fərid İbad oğlu İlyasov (20 iyul 199930 oktyabr 2020, Dağlıq Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərid İlyasov 20 iyul 1999-cu ildə doğulub.[1] Əslən Laçın rayonunun Hacılar kəndindəndir.

2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda Laçın Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Beyləqan ərazisində yerləşən "N"saylı hərbi hissəsində əsgər olub və 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub. Fərid hərbi xidmətdən döndükdən sonra saç ustası işləyirdi.

Naxçıvan Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayan Fərid 2 ildən çox idi ki xidmət edirdi.

2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsinin 12-ci günündə Naxçıvandan Qarabağa döyüşə aparırlar.

F.İlyasov 2020-ci il oktyabrın 30-da şəhidlik zirvəsinə ucaldı.

Fərid xüsusi təyinatlılarda xidmət etdiyi müddətdə fəxri fərmanlar və fərqləndirmələrlə təltif olunmuşdu.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 25.06.2022. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2022.