Taleh Əlizadə — Vikipediya

Taleh Əlizadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Cəlilabad rayonu, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Taleh Zaur oğlu Əlizadə (29 noyabr 1995; Cəlilabad rayonu, Azərbaycan - 18 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Taleh Əlizadə 1995-ci il noyabrın 29-da Cəlilabad rayonunun Alar kəndində anadan olub.

Ailəli idi. 1 oğul övladı yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun əsgəri olan Taleh Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Taleh Əlizadə oktyabrın 18-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

50x50px[ölü keçid] (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)

İstinadlar[redaktə | mənbəni redaktə et]

1.Müdafiə Nazirliyi (22.01.2021). "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.

2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.

3."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.