Ariz Məhərrəmov — Vikipediya

Ariz Məhərrəmov
Şəxsi məlumatlar
Doğum tarixi 10 dekabr 1982(1982-12-10)
Doğum yeri
Vəfat tarixi 20 oktyabr 2020(2020-10-20) (37 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020-ci ildən
Rütbəsi Gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Ariz Fərzulla oğlu Məhərrəmov (10 dekabr 1982, Krasnoselski, Saatlı rayonu20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ariz Məhərrəmov 1982-ci il dekabrın 10-da Saatlı rayonunun Qara Nuru kəndində anadan olub.[1] Ailəli idi. 2 övladı yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ariz Məhərrəmov oktyabrın 20-də Madagizin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ariz Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.