Ələkbər Ələsgərov — Vikipediya

Ələkbər Ələsgərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Hökməli qəbiristanlığı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2015—2017/2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Ələkbər İsgəndər oğlu Ələsgərov (3 sentyabr 1998; Bakı, Azərbaycan1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi[1].

Həyatı[redaktə | mənbəni redaktə et]

Ələkbər Ələsgərov 3 sentyabr 1998-ci ildə Bakı şəhərində Kubinkada anadan olmuşdur. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan dənizçilik kollecinə daxil olmuşdur.[2] Nişanlı idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Ələkbər Ələsgərov 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqan rayon N saylı hərbi hissədə top komandiri olaraq həqiqi hərbi xidmət çəkmişdir.[3]

Ələkbər Ələsgərov general Polad Həşimov'un ölümündən sonra könüllü orduya yazılmışdır. Ələkbər Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə savaşıb. Ələkbər Ələsgərov 1 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Hökməli qəbiristanləğında dəfn edilib. Polkovnik-leytenant Zaur Cəfərov Ələkbərin xatirəsinə onun ad soyadını tankın üzərinə yazmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Şəhid Ələkbər Ələsgərova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[6]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Ələkbər Ələsgərov". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.
  3. "Şəhid anası: "Mən ona nə sarıldım, nə də görüşdüm"". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  6. "Arxivlənmiş surət". 2021-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.