1995 — Vikipediya

İllər
199119921993199419951996199719981999
Onilliklər
1970-ci illər1980-ci illər1990-cı illər2000-ci illər2010-cu illər
Əsrlər
XIX əsrXX əsrXXI əsr
1995 digər təqvimlərdə
Qriqori təqvimi 1995
MCMXCV
Yuli təqvimi 1995
Yuli təqvimi
bizans erasında
7503-7504 (1 sentyabr)
Romanın yarandığı gündən 2747-2748 (21 aprel)
Avropa təqvimi
5755-5756

ה'תשנ"ה  - ה'תשנ"ו

Hicri təqvim 1415-1416
Erməni təqvimi 4487-4488 (11 avqust)

ՌՋՂԵ

Çin təqvimi 4691-4692
甲戌 - 乙亥
yaşıl it  - yaşıl donuz
Efiopiya təqvimi 1987 - 1988
Hind təqvimi
- Vikram-samvat 2051-2052
- Şaka sambat 1917—1918
- Kali-yuqa 5096-5097
İran təqvimi 1373-1374
Buddist təqvimi 2538
Holosen təqvimi 11995
Yapon xronologiyası 7 Heysey erası
Fransız inqilabı təqvimi 203—204
Çuçxe təqvimi 84-cü çuçxe ili
Minqo təqvimi 84-cü Tayvan ili

Hadisələr[redaktə | mənbəni redaktə et]

  • 1 yanvar
  • 1 martYahoonun əsasının qoyulması.
  • 26 martŞengen razılaşmasının imzalanması.
  • 19 aprelABŞ-nin Oklahoma-Siti şəhərində federal binada bomba partlayışı təşkil olunur. Partlayış nəticəsində 168 nəfər həlak olur.
  • 1 mayJak Şirakın Fransa prezidenti seçilməsi.
  • 11 iyulBosniya serbləri müsəlmanların yaşadığı Srebrenitsa şəhərinə daxil olurlar. Müsəlmanlara qarşı törədilmiş soyqırımda 8.000 mülki müsəlman öldürülür.
  • 24 avqustMicrosoft şirkəti Windows 95 əməliyyat sistemini istifadəyə buraxır.
  • 29 avqustGürcüstan prezidenti Eduard Şevardnadzeyə qarşı Tbilisi şəhərində sui-qəsd təşkil olunur.
  • SentyabrDVD formatlı disklərin ictimaiyyətə təqdim olunması.
  • 4 noyabrİsrail baş naziri İzhak Rabinin sui-qəsd nəticəsində öldürülməsi.
  • 14 dekabr – Parisdə Deyton sazişinin imzalanması.
  • 12 yanvar - Azərbaycan Respublikası ilə Uruqvay arasıında diplomatik münasibətlərin yaradılması.
  • 3 fevral - Avropa Şurası Parlament Assambleyasının Bürosunun Azərbaycanın təşkilatda “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etməsi.
  • 28 fevral - Azərbaycan Respublikası ilə Nepal arasında diplomatik əlaqələrin yaradılması.
  • 2 mart - Azərbaycan Respublikası ilə Burundi Respublikası arasında diplomatik münasibətlərin təməlinin qoyulması.
  • 13 mart - Xüsusi Təyinatlı Polis Dəstəsi tərəfindən Ağstafa və Qazax rayonlarında dövlət idarələrinin ələ keçirilməsi.
  • 15 mart - Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamının başlanması. XTPD qüvvələrinin Bakının 8-ci km qəsəbəsindəki qərargahda istehkam quraraq ölkə rəhbərliyinin istefasını tələb etməsi.
  • 16 mart - Prezident Heydər Əliyev tərəfindən XTPD qiyamını dinc yolla aradan qaldırmaq üçün daha bir addım ataraq qiyamçıların silahı könüllü təhvil verəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunmayacaqları barədə fərman imzalanması.
  • 17 mart - Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qaldırdığı qiyamın zəruri güc tətbiq edilməsi ilə yatırılması.
  • mart - Dövlət Aqrar islahatı komissiyasının yaradılması.
  • 3 may - Türkiyənin xarici işlər naziri Ərdal İnönünün Bakıya səfəri gedişində qardaş ölkənin yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsinin istifadəyə verilməsi.
  • 22 may - Azərbaycan Respublikası ilə Laos Demokratik Respublikası (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 2-də tanıyıb) arasında diplomatik əlaqələrin yaradılması.
  • 12 noyabrAzərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi.
  • 12 noyabrAzərbaycan Respublikasının Milli Məclisinə birinci seçkilərin keçirilməsi.
  • Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Cenevrə Konvensiyasına qoşulması.
  • 5 Dekabr — Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən TU134 təyyarəsinin qəzaya uğraması nəticəsində 49 nəfər həlak oldu.

Doğumlar[redaktə | mənbəni redaktə et]

Vəfatlar[redaktə | mənbəni redaktə et]