Quzanlı — Vikipediya

Quzanlı
40°09′31″ şm. e. 47°09′39″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 85 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.002 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0233[1]
Xəritəni göstər/gizlə
Quzanlı xəritədə
Quzanlı
Quzanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


QuzanlıAzərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Quzanlının tam adı Sarıcalı-Quzanlıdır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub.

1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır. Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.

Birinci Qarabağ müharibəsindən sonra Quzanlı kəndi uzun müddət cəbhə bölgəsində yerləşib. Ağdam şəhərinin işğalından sonra Quzanlı qəsəbəsi rayon mərkəzini əvəz edib.

Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 346-IIIQ saylı Qərarı ilə Ağdam rayonunun Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Quzanlı kəndinə qəsəbə statusu verilmiş, Quzanlı kənd inzibati ərazi dairəsi Quzanlı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[3]

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

Əhalisi[redaktə | mənbəni redaktə et]

1992-ci ildən etibarən burada məcburi köçkünlər də məskunlaşıb və hazırda Quzanlıda 18 minə qədər əhali yaşayır.

Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

Şəhidləri[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

2006-cı ildə "Azərpoçt" DM üzrə Ağdam rayonu Quzanlı qəsəbəsində yeni poçtamt binası təmirdən sonra istifadəyə verilmişdir.

2008-cı ilin yanvarın 16-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Avropa standartlarına uyğun olaraq Olimpiya kompleksinin açılışı olub.

7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədi ilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.[5]

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 346-IIIQ saylı Qərarı[ölü keçid]
  4. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli, 735 nömrəli Fərmanı Arxivləşdirilib 2022-11-10 at the Wayback Machine  (az.)
  5. Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2014-cü il tarixli Sərəncamı Arxivləşdirilib 2017-03-05 at the Wayback Machine president.az  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]