1920-ci ildə aprel çevrilişindən sonra məktəbin kollektivi ilə birlikdə Sovet hakimiyyəti tərəfinə keçmiş, Azərbaycan Birləşmiş Hərbi Məktəbi Ermənistanda, həmçinin Azərbaycan qəzalarında daşnaklara və banditizmə, Gürcüstanda menşeviklərə qarşı hərbi əməliyyatda iştirak etmişdir. Heydər Vəzirov Respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında böyük xidmətlərinə görə Azərbaycan SSR-in "Qırmızı Bayraq ordeni" təltif edilmiş;
1891-ci ildə Nehrəmdə anadan olan hərbçi və dövlət xadimi, respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında xidmətlərinə görə rəğbət qazanmış; [1]
1925–1927-ci illərdə Göyçay Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində olmuş;
1927–1934-cü illərdə isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifələrində işləyib AKP 12-ci və 13-cü qurultaylarında MK üzvü, Azərbaycan MİK(8-ci çağırış), ZSFSR MİK(7-ci çağırış) və SSRİ MİK -in (7-ci çağırış) üzvü seçilmiş;
1937-ci ildə repressiya məruz qalmış, ailəsi ilə birlikdə məhv edilmişdir.[2]