Arif Məmmədov (nazir) — Vikipediya
Arif Məmmədov | |
---|---|
Məmmədov Arif Hüseynqulu oğlu | |
![]() | |
1985 – 1987 | |
2 iyul 1971 – 12 dekabr 1985 | |
Əvvəlki | Səttar Zülfüqarov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şahtaxtı, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | azərbaycanlı |
Partiya | ![]() |
| |
Təltifləri | ![]() ![]() ![]() ![]() |
Arif Hüseynqulu oğlu Məmmədov (2 noyabr 1929, Şahtaxtı, Naxçıvan MSSR – dekabr 1989, Bakı) — dövlət xadimi, Azərbaycan SSR Ət-süd sənayesi naziri (1971–1985), Azərbaycan SSR Ali Sovetinin deputatı (1975–1989), Azərbaycan SSR əməkdar mühəndisi (1981).
Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
Arif Hüseynqulu oğlu Məmmədov 2 noyabr 1929-cu ildə Naxçıvan MSSR-in indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur və 1989-ci ildə Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn edilib. Naxçıvan Kənd təsərrüfatı texnikumunu (1949) və Moskva Ət-Süd sənayesi institunu (1954) bitirmişdir. Azərbaycan SSR Əməkdar mühəndisidir (1981).
Naxçıvan vilayət Ət tədarükü idarəsinin rəisi (1961–1962), Naxçıvan Ət kombinatının direktoru (1962–1963), Azərbaycan SSR Xalq təsərrüfatı Şürasının Ət-süd sənayesi idarəsinin rəis müavini (1963–1965), Azərbaycan SSR Ət-süd sənayesi nazirinin müavini (1965–1968) vəzifələrində işləmişdir. Qırmızı Əmək Bayrağı ordenli Bakı Ət kombinatının direktoru (1968–1971), Azərbaycan SSR Ət-süd sənayesi naziri (1971–1985), Azərbaycan SSR dövlət Aqrar-sənaye komitəsi sədrinin müavini (1985–1987) olmuşdur.
Arif Məmmədov iki dəfə "Qırmızı Əmək Bayrağı", Xalqlar Dostluğu ordenləri və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur. 1975-ci, 1980-ci, 1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.