Fərhad Salmanov — Vikipediya

Fərhad Salmanov
bayraq
Azərbaycan SSR pambıqtəmizləmə sənayesi naziri
bayraq2
15 yanvar 1981 – 11 dekabr 1985
Əvvəlkiidarə nazirliyə çevrilib
Sonrakınazirlik ləğv edilib
bayraq
Azərbaycan SSR Baş Pambıqtəmizləmə Sənayesi İdarəsinin rəisi
bayraq2
27 mart 1980 – 15 yanvar 1981
Sonrakıidarə nazirliyə çevrilib
Şəxsi məlumatlar
Doğum tarixi 1935
Partiya
Təhsili

Fərhad Rza oğlu Salmanov — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR pambıqtəmizləmə sənayesi naziri (1980–1985).

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərhad Rza oğlu Salmanov 1935-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Daşkənd Toxuculuq İnstitutunu bitirmişdir.[1]

1959–1960-cı illərdə Ləki pambıqtəmizləmə zavodunun növbə rəisi, Dəliməmmədli pambıq zavodunun böyük mühəndisi, 1961-ci ildən Azərbaycan SSR Pambıqtəmizləmə Sənayesi İdarəsində böyük mühəndis, istehsal-texniki şöbənin rəisi, baş mühəndis olmuşdur. 1980–1981-ci illərdə Azərbaycan SSR Baş Pambıqtəmizləmə Sənayesi İdarəsinin rəisi, 1981-ci ildən Azərbaycan SSR pambıqtəmizləmə sənayesi naziri vəzifəsində çalışmışdır.[1]

Fərhad Salmanov 1964-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Салманов Фәрһад Рза оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 348.