Məmməd Xəlilov — Vikipediya
Məmməd Xəlilov | |||||||
---|---|---|---|---|---|---|---|
![]() | |||||||
| |||||||
Sələfi | Əsgər Orucov (kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri kimi) | ||||||
Xələfi | Məmməd Əsgərov | ||||||
| |||||||
| |||||||
Sələfi | birlik yaradılıb | ||||||
Xələfi | Yevgeni Çeqodayev | ||||||
| |||||||
Nazir | Möhsün Poladov | ||||||
Şəxsi məlumatlar | |||||||
Doğum tarixi | sentyabr 1917 | ||||||
Doğum yeri | |||||||
Vəfat tarixi | 9 oktyabr 1976 (59 yaşında) | ||||||
Vəfat yeri | |||||||
Dəfn yeri | |||||||
Partiya |
| ||||||
| |||||||
Təltifləri | ![]() ![]() ![]() ![]() ![]() | ||||||
![]() |
Məmməd Rza oğlu Xəlilov (sentyabr 1917, Yelizavetpol, Yelizavetpol quberniyası – 9 oktyabr 1976, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1965–1976), Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı, Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru.
Həyatı[redaktə | mənbəni redaktə et]
Məmməd Rza oğlu Xəlilov 1917-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1940-cı ildə Melitopol Kənd Təsərrüfatı Mühəndis-Mexanizatorları İnstitutunu bitirdikdən sonra o, Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığına işləməyə göndərilmişdir.[1]
1941-ci ildən Sovet Ordusu sıralarında xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. 1945-ci ildən 1958-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, Pambıqçılıq Nazirliyində mühəndis, şöbə rəisi, sonralar isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin MTS və TTS baş idarəsinin rəisi vəzifələrində işləmişdir.[2]
1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1960-cı ildən Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1961–1965-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri, 1965-ci ildən Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuşdur.[3][4]
Məmməd Xəlilov 1958-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı seçilmişdir.[5] O, 1963–1964-cü illərdə Azərbaycan KP MK kənd təsərrüfatı bürosunun, 1965-ci ildən isə Azərbaycan KP MK üzvü olmuşdur.[3]
Məmməd Xəlilov 9 oktyabr 1976-cı ildə Bakıda vəfat etmişdir.[6] I Fəxri Xiyabanda dəfn edilmişdir.[7]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- "Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru" fəxri adı[8]
- 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni[1]
- "Döyüş xidmətlərinə görə" medalı — 5 noyabr 1944
- "İgidliyə görə" medalı — 2 mart 1945
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 М. Р. Хәлилов // Коммунист. № 238 (16367). 12 октјабр 1976-ҹы ил. С. 3.
- ↑ Хәлилов Мәммәд Рза оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 305.
- ↑ 1 2 Khalilov, Memed Rzaogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 258.
- ↑ Хәлилов Мәммәд Рза оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 340.
- ↑ Хәлилов Мәммәд Рза оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 350.
- ↑ Азәрбајҹан Коммунист Партијасынын Мәркәзи Комитәсиндән, Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј'әтиндән, Азәрбајҹан ССР Назирләр Советиндән // Коммунист. № 237 (16366). 10 октјабр 1976-ҹы ил. С. 1.
- ↑ Xəlilov Məmməd Rza oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 97.
- ↑ Хәлилов Мәммәд Рза оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 345.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- "Халилов Мамед Рзаевич" (rus). Подвиг народа. İstifadə tarixi: 25 dekabr 2021.
- "Mammad R Khalilov" (ingilis). Find a Grave. İstifadə tarixi: 25 dekabr 2021.