Yunis Rzayev — Vikipediya

Yunis Rzayev
Yunis Rzayev.jpg
bayraqAzərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədribayraq
12 iyun 1973 — 24 yanvar 1985
Sələfi Miqdar Rəhimov
Xələfi Murad Aşurov
bayraqŞamaxı Rayon Partiya Komitəsinin birinci katibibayraq
1970 — 1973
Sələfi Sabir Şəfiyev
bayraqErmənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavinibayraq
1968 — 1970
bayraqBasarkeçər Rayon Partiya Komitəsinin birinci katibibayraq
1965 — 1966
bayraqKrasnoselo Rayon Partiya Komitəsinin birinci katibibayraq
1957 — 1962
Şəxsi məlumatlar
Doğum tarixi 2 may 1924(1924-05-02)
Doğum yeri
Vəfat tarixi 24 yanvar 1985(1985-01-24) (60 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Yunis Qəhrəman oğlu Rzayev (2 may 1924, Şişqaya, Yeni Bəyazid qəzası24 yanvar 1985, Bakı) — Azərbaycan sovet ictimai və dövlət xadimi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Yunis Rzayev 2 may 1924-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub.[1] 1943–1946-cı illərdə ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdində siyasi məktəbdə oxumuşdur[2].

1950–1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, həmçinin Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitirmişdir. O, sonralar, 1960–1962-ci illərdə Moskva şəhərində keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.

Ermənistan KP Basarkeçər rayon komitəsində təlimatçı kimi işə qəbul edilmiş, 1950-ci ildə Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, 1953-cü ildən İcraiyyə Komitəsinin sədri olmuş, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir[2].

Yunis Rzayev 1962–1963-cü illərdə Martuni Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsində partiya təşkilatçısı, 1963-cü ildən 1965-ci ilə qədər Basarkeçər Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1965–1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968–1970-ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində işləmişdir[2].

Yunis Rzayev 1954–1959-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildən isə üzvü olmuş, Sov.İKP XXIII–XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir.

Heydər Əliyev və Yunis Rzayev şərab zavodunda müşavirədə

1970–1973-cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ilin 24 yanvarınadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləmişdir[3].

Böyük ictimai xadim Yunis Rzayev VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, əməyi dövlət tərəfindən "Lenin", "Oktyabr İnqilabı", üç "Qırmızı Əmək Bayrağı" ordenləri, 9 medalfəxri fərmanlarla qiymətləndirilmişdir.

Yunis Rzayev 1985-ci il yanvarın 24-də Bakı şəhərində vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ocaqquliyev, Həsən. Yadda qalan xatirələr (PDF) (az.). Bakı: "Elm və təhsil". 2016. 2017-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-08.
  2. 1 2 3 Qədir Aslan. "Qəlblərdə yaşayan insan" (az.). anl.az. 19.04.2013. İstifadə tarixi: 30.04.2014.
  3. Məhəmməd Köçərli. "Mənalı yaşanmış ömür" (az.). xalqqazeti.com. 26.04.2014 10:59. 2014-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30.04.2014.
  4. Јунис Гәһрәман оғлу Рзајев // Коммунист. № 22 (19593). 26 јанвар 1985-ҹи ил. С. 3.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]