Əsildar bəy Ağabababəyov-Muğanlinski — Vikipediya

Əsildar bəy Ağabababəyov-Muğanlinski
Əsildar bəy Abbasəli oğlu Ağabababəyov-Muğanlinski
Doğum tarixi
Doğum yeri İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi ?
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili Leypsiq Universiteti

Ağabababəyov-Muğanlinski Əsildar Abbasəli oğlu (14.9.1900, İrəvan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

İrəvan gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən hüquq sahəsində təhsil almaq üçün Almaniyanın Leypsiq Universitetinə göndərilmişdir. Azərbaycanlı Tələbələr İttifaqının üzvü, təhsil illərində isə rəhbəri olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927-ci ildə Azərbaycana qayıtmış, 1930-1933-cü illərdə Azərbaycan Dövlət Bankında məsləhətçi, qrup rəhbəri işləmişdir. 1933-cü ildə həbs olunmuşdur. 1934-cü ildə Bakının ali məktəblərində alman dilini tədris etmişdir. 1935-ci ildə yenidən repressiyaya məruz qalmış, Qaraqanda vilayətinə sürgün edilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]